Restorandan çıxan şəxsə atəş açıldı
Ajans.az xəbər verir ki, hadisə bu gün saat 01:30 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 39 yaşlı İsa Boloyev restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.