AZ

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 may, AZƏRTAC

Bizim meşə fondunun 60 min hektarı vəhşi işğalçılar tərəfindən məhv edilmişdir. Onların əsas hissəsi Kəlbəcər, Laçın rayonlarındadır, amma Zəngilanda da var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə söyləyib.

Dövlətimizin başçısı əlavə edib: “Həm talançılıq, həm düşmənçilik, qəddarlıq, özü də heç bir əsası olmadan. Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
26
azertag.az

10Mənbələr