ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türk Hava Yollarının İstanbul-Katmandu reysini yerinə yetirən sərnişin təyyarəsi Nepalda eniş edərkən qəza vəziyyəti yaranıb. "Airbus A330" tipli təyyarə Tribhuvan Beynəlxalq Hava Limanına endikdən sonra təkərlərin birində yanğın başlayıb.Demokrat.az xəbər verir ki, hadisə yerli vaxtla səhər saatlarında qeydə alınıb. Təyyarə uçuş-eniş zolağına toxunduqdan dərhal sonra təkər hissəsindən alov yüksəlib. Hava limanının yanğınsöndürmə briqadaları dərhal müdaxilə edərək yanğını söndürüblər.Təyyarədəki bütün sərnişinlər qəza qapıları vasitəsilə təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Türk Hava Yollarının rəsmi nümayəndəsi Yəhya Üstün bildirib ki, təxliyə ehtiyat tədbiri olaraq həyata keçirilib.İlkin araşdırmalar zamanı tüstülənməyə hidravlik borusundakı texniki nasazlığın səbəb olduğu müəyyənləşib. Hazırda mütəxəssislər tərəfindən təyyarəyə baxış keçirilir. Faktla bağlı təhqiqat başladılıb.