AZ

Dibalanın "Roma"dakı taleyinə aydınlıq gəldi - Özü açıqladı

"Roma"nın hücumçusu Paulo Dibala klubdakı gələcəyi ilə bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, "Sky Sports" 32 yaşlı argentinalının fikirlərini belə çatdırıb: 

"Müqavilədə "Verona" ilə matçın (24 may) "Roma"da son oyunum olacağı qeyd olunub. Müqaviləmin müddəti iyun ayında başa çatır. Heç kim mənimlə müqavilənin uzadılması barədə danışmayıb". 

Xatırladaq ki, Dibala 2022-ci ildən bəri "Roma"da oynayır. Argentinalı futbolçunun bazar dəyəri 5 milyon avro olaraq qiymətləndirilir. 

Hücumçu bu mövsüm İtaliya A Seriyasında 20 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
20
50
fanat.az

10Mənbələr