AZ

Nikol Paşinyan: Ermənistandakı parlament seçkilərinin heç bir geopolitik konteksti yoxdur

BAKI, 14 may. TELEQRAF

Ermənistandakı parlament seçkilərinin heç bir geopolitik konteksti yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə görüşü zamanı bildirib.

Baş nazir xarici müdaxilə cəhdləri və Rusiyanın bəzi siyasi dairələrinin seçki nəticələrini tanımayacağı ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən vurğulayıb:

"Həm siyasi proses iştirakçıları, həm də Ermənistandan kənardakı qüvvələr bu seçkilərdə geopolitik kontekst görürlər. Lakin sadə məntiqlə bu seçkilərin geopolitik altmətni yoxdur və ola da bilməz. Ermənistan balanslaşdırılmış siyasət yürüdür. Bizim siyasətimizdə heç bir qəsd və ya əks-fəaliyyət mövcud deyil”.

Nikol Paşinyan həmçinin əlavə edib ki, Ermənistan xalqının hər zaman seçimi və alternativi olmalıdır:

"Həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyi var. Xalqımız hansı strategiyanın onun üçün daha perspektivli və faydalı olduğuna özü qərar verməlidir”.

N. Paşinyanın sözlərinə görə, hökumətin əsas məqsədi xalqın iradəsinin azad şəkildə təzahür etməsini təmin etməkdir.

Seçilən
24
50
teleqraf.com

10Mənbələr