AZ

Paşinyandan etiraf: Bakı Ermənistandakı çıxışları izləyir

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanda saxlanılan erməni məhbuslarla bağlı məsələyə toxunub.

Musavat.com xəbər verir ki, Paşinyan hökumətin bu məsələnin mümkün qədər tez həlli üçün çalışdığını bildirib.

O, eyni zamanda Ermənistan müxalifətinin ritorikasının prosesə mənfi təsir etdiyini deyib. Paşinyanın sözlərinə görə, müxalifətin “Qarabağı geri qaytarmaq” kimi çağırışları Bakıda da izlənilir və bu, danışıqların gedişinə təsirsiz ötüşmür.

Baş nazir bildirib ki, Ermənistan tərəfi həm beynəlxalq tərəfdaşlarla, həm də Azərbaycanla danışıqlarda “münaqişənin bitdiyini” vurğulayır və paralel məsələlərin həllinə çalışır.

Paşinyan qeyd edib ki, belə bir şəraitdə Ermənistan daxilində səslənən qarşıdurma ritorikası Azərbaycanda saxlanılan şəxslərin azad olunması prosesinə yardım etmir, əksinə, əlavə suallar yaradır.

Musavat.com

Seçilən
7
50
musavat.com

10Mənbələr