AZ

Akif İslamzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA

"Atamın vəziyyəti yaxşıdır, artıq özü durub gəzə bilir".

 

Pravda.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Akif İslamzadənin oğlu Ayxan İslamzadə deyib.

 

O qeyd edib ki, evə nə zaman buraxılacağı ilə bağlı həkimlər bu gün qərar verəcəklər.

 

"Həkimlər əllərindən gələni edirlər. Özüm gündə iki dəfə yanında oluram - həm səhər, həm axşam. Bu gün də özü durub gəzir. Çox güman ki, bu gün axşam, yaxud sabah Akif müəllim evə qayıdacaq", - deyə A.İslamzadə bildirib.

 

Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.

Tarix: 11 May 2026, 13:52   
Seçilən
53
5
pravda.az

6Mənbələr