AZ

Uşaq evlərinin sakinləri üçün xüsusi rəqs məşğələləri təşkil edilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri üçün “Tanıma və güvən” layihəsi çərçivəsində rəqs məşğələləri təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, valideyn himayəsindən məhrum olmuş 4-7 yaş arası 20 uşağı əhatə edən layihənin məqsədi uşaqların özünüifadə bacarıqlarının, sosial ünsiyyətinin, özgüvən hissinin və emosional inkişafının dəstəklənməsidir.

Proqram çərçivəsində uşaqlarla idman, milli, bal və müasir rəqs elementlərini özündə birləşdirən məşğələlər keçirilib.

Layihənin müəllifi və rəhbəri idman ustası, peşəkar rəqqas və pedaqoq Ruslan Tolmaçov məşğələlər zamanı uşaqlarda ritm duyumu, koordinasiya, komanda işi, səhnə davranışı və yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsi sahəsində müxtəlif interaktiv fəaliyyətlər həyata keçirib.

“Tanıma və güvən” layihəsinin davam etdirilməsi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
5
azertag.az

7Mənbələr