ain.az, Modern.az portalına istinadən məlumat yayır.
“Brent” markalı neftin qiyməti Trampın İranın sülh planını rədd etməsindən sonra 105 dolları keçib
Modern.az xəbər verir ki, ICE birjasının məlumatlarına görə, “Brent” markalı neftin iyul fyuçersi bir barel üçün 105,33 dollara qədər bahalaşıb.“The Wall Street Journal” yazır ki, bazarlar ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki münaqişənin nizamlanması ilə bağlı İranın son təklifinə dair bəyanatına belə reaksiya verib.
Mayın 10-da ABŞ prezidenti İranın 14 maddədən ibarət sülh planını qəbuledilməz adlandırıb. İran hakimiyyəti isə bildirib ki, münaqişənin həlli üzrə son təklifin alternativi yoxdur.“The Wall Street Journal” qeyd edir ki, Yaxın Şərqdəki münaqişə investorların Hörmüz boğazının blokadasının uzun çəkəcəyi ilə bağlı narahatlıqlarını artırır.
Dünya Bankının proqnozlarına görə, əgər ilin sonuna qədər Hörmüz boğazı vasitəsilə yanacaq tranziti müharibədən əvvəlki səviyyəyə qayıtmasa, 2026-cı ildə “Brent” neftinin orta qiyməti 115 dollara çata bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.