AZ

Fergus Auld: Ermənistanla sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndiririk

Dayanıqlı sülhün bərqərar olması uzun illər boyu bütün tərəflərdən səbr və səy tələb edəcək, lakin Azərbaycan artıq bu yolda böyük məsafə qət edib.

Teleqraf xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld jurnalistlərlə keçirdiyi görüşdə deyib.

Səfir Ermənistanla sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirib:

“Ən təsiredici məqam Ermənistanla sülh istiqamətində əldə edilənlər tərəqqidir. Mən 2022-ci ilin yanvarında Gəncəyə gələndə 44 günlük müharibənin raket zərbələrinin fəsadları hələ də şəhərdə görünürdü. Lakin ötən həftə Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh artıq reallıqdır. Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh içində yaşamağı öyrənirik”.

F.Auld həmçinin delimitasiya prosesinə toxunub:

“Bir neçə gün əvvəl Baş nazirin müavini Şahin Mustafayev ikitərəfli Sərhəd Komissiyasına həmsədrlik etmək üçün Ermənistana səfər etdi. Bütün bunlar sülhün möhkəmlənməsinə xidmət edən mühüm addımlardır”.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr