AZ

Prezident Şahbaz Şəriflə telefonla danışdı

Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.
BUTA.TV” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşım edilib. Telefon danışığı zamanı liderlər Azərbaycan və Pakistan arasında qardaşlıq və strateji əlaqələri bir daha təsdiqləyərək, enerji, ticarət və xalqlar arasında təmas sahələri də daxil olmaqla, əsas sektorlar üzrə əməkdaşlığın davamlı şəkildə genişlənməsini məmnunluqla qeyd ediblər. Baş nazir Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın qlobal şəhər gündəliyinin irəliləyişində ev sahibi kimi rolunu qeyd edib. Prezident İlham Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və onun şəhər gündəliyi üçün aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini vurğulayıb. Baş nazir Şahbaz Şərif ciddi öhdəliklərə görə tədbirdə iştirak edə bilməyəcəyini bildirib, lakin Pakistanın Forumda yaxşı təmsil olunmasını təmin etdiyini diqqətə çatdırıb. Telefon danışığı zamanı xüsusilə Yaxın Şərqə diqqət yetirməklə, regional hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu və tərəflər arasında atəşkəsin təmin edilməsi istiqamətində uğurlu təşəbbüslərini, gərginliyin azaldılması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib və bunun ölkə rəhbərliyinə güclü beynəlxalq etimadı əks etdirdiyini bildirib. Liderlər yaxın təmasda olmağa razılaşıblar. Pakistanın Baş naziri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. İlham Əliyev bu dəvəti minnətdarlıqla qəbul edib
Seçilən
33
5
buta.tv

10Mənbələr