AZ

5 ildir anonsu verilən “Sarmat” raketi haqda daha bir anons

Rusiya prezidenti Vladimir Putin bir daha “Sarmat” qitələrarası ballistik raketini 2026-cı ilin sonuna qədər döyüş növbətçiliyinə verəcəyinə söz verib.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, son beş ildə prezident “Sarmat” raketinin döyüş növbətçiliyinə girməli olduğu vaxtı ən azı on dəfə açıq şəkildə elan edib, lakin bu planlar müntəzəm olaraq təxirə salınıb.

İlk konkret son tarix 2021-ci ilin aprelində Federal Məclisə etdiyi müraciətdə elan edilib: Putin bildirib ki, "Sarmatlarla tam təchiz olunmuş" ilk alayın "2022-ci ilin sonunda" döyüş növbətçiliyinə girməsi lazımdır. 20 aprel 2022-ci ildə ilk uğurlu buraxılışdan sonra o, təkrarlayıb: "İlk belə sistemin ilin sonuna qədər döyüş növbətçiliyinə girməsi planlaşdırılır".

sarmat.JPG

Daha sonra 2022-ci ilin dekabr ayında və 2023-cü ilin sentyabrında Putin Rusiyanın “Sarmat” üzərində "əsasən işləri başa çatdırdığını" və "bəzi inzibati və bürokratik prosedurların" tamamlanmasının qaldığını bildirib. Həmin ilin dekabr ayında müdafiə naziri Sergey Şoyqu raketin yerləşdirilməsini elan edib və 2024-cü ilin fevral ayında Putin ilk seriyalı raketlərin artıq qoşunlara çatdırıldığını deyib.

2024-cü ilin sentyabrında “Sarmat” sınaq zamanı partlayıb. Qərb mediası bunun beşinci uğursuz buraxılış olduğunu bildirib. 2025-ci ilin oktyabr ayında Putin deyib: "Dünyada “Sarmat” kimi raket yoxdur... Tezliklə xidmətdə olacaq".

4 noyabr 2025-ci ildə o, bəyan edib: "Bu il onu döyüş sınaqlarına, gələn il isə döyüş növbətçiliyinə qoyacağıq".

“Sarmat”dan əlavə, həmçinin “Poseydon” sualtı qayığının və “Burevestnik” kruiz raketinin döyüş növbətçiliyinə hazırlığın "son mərhələsində" olduğu bildirilib, amma heç biri hələ yerləşdirilməyib.

Musavat.com

Seçilən
42
25
musavat.com

10Mənbələr