AZ

Pentaqon İrana qarşı yeni əməliyyata “Gürz” adı verə bilər

Atəşkəs pozularsa, ABŞ İran istiqamətində genişmiqyaslı əməliyyatları bərpa etməyə hazırlaşır...

Pentagon İrana qarşı mümkün yeni hərbi əməliyyatın “Operation Sledgehammer” - yəni “Gürz əməliyyatı” adlandırılması variantını nəzərdən keçirir.

Poliqon xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, belə bir ssenari Iran ilə bağlı mövcud atəşkəs rejiminin pozulacağı və ABŞ Prezidenti Donald Trumpın genişmiqyaslı döyüş əməliyyatlarının yenidən başlanmasına göstəriş verəcəyi halda gündəmə gələ bilər.

NBC-nin məlumatında bildirilir ki, Vaşinqton hazırda Yaxın Şərqdə vəziyyətin inkişafını diqqətlə izləyir və regionda hərbi eskalasiya ehtimalını nəzərdən keçirir. ABŞ Müdafiə Nazirliyi daxilində müxtəlif əməliyyat planlarının müzakirə olunduğu, mümkün cavab ssenarilərinin hazırlandığı qeyd edilir.

“Gürz əməliyyatı” adı Pentaqonun əvvəlki hərbi kampaniyalarında istifadə olunan simvolik və psixoloji təsir gücünə malik əməliyyat adlandırma ənənəsinə uyğun qiymətləndirilir. Analitiklərin fikrincə, “Kuvalda” ifadəsi Vaşinqtonun mümkün hərbi əməliyyatlarda sərt və dağıdıcı strategiya tətbiq etməyə hazır olduğuna dair mesaj kimi də interpretasiya oluna bilər.

Mənbələrə əsasən, ABŞ administrasiyası regiondakı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətində saxlayır. Son aylarda Yaxın Şərqdə İran ətrafında artan gərginlik, İsrail–İran qarşıdurması, həmçinin Körfəz regionunda təhlükəsizlik risklərinin yüksəlməsi Vaşinqtonun hərbi planlaşdırmasını daha da intensivləşdirib.

Ekspertlər hesab edirlər ki, mümkün əməliyyatın adının əvvəlcədən müzakirəyə çıxarılması həm də siyasi və informasiya xarakterli siqnal rolunu oynaya bilər. Bu, ABŞ-ın Tehrana qarşı təzyiq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Hələlik Pentagon və Ağ Ev məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Iran tərəfi də yayılan məlumatlara münasibət bildirməyib.

Poliqon.info

Seçilən
64
13
poliqon.info

10Mənbələr