AZ

​Günorta yuxusunun bu faydası var imiş

Günorta yuxusunun beyin fəaliyyətinə müsbət təsir etdiyi açıqlanıb.Metbuat.az xəbər verir ki, 2026-cı ildə yayımlanan yeni araşdırmaya görə, qısa müddətli günorta yuxusu beynin məlumat qəbul etmə qabiliyyətini artırır və yorğunluğu azaldır. Alimlər bildirirlər ki, hətta 20-30 dəqiqəlik yuxu belə diqqət və öyrənmə bacarığını yaxşılaşdıra bilər. Araşdırmada qeyd olunur ki, gün ərzində beyin çoxlu məlumat qəbul etdiyi üçün sinir hüceyrələri arasında “yorğunluq” yaranır. Qısa yuxu isə beynin yenidən bərpa olunmasına və yeni məlumatları daha rahat qəbul etməsinə kömək edir. Mütəxəssislər bildirirlər ki, uzunmüddətli gündüz yuxuları əks təsir yarada bilər. Xüsusilə 1 saatdan çox yatmaq bəzi hallarda ürək-damar problemləri və halsızlıq riskini artıra bilər.

Həkimlər günorta yuxusunun ən faydalı müddətinin 20-30 dəqiqə olduğunu tövsiyə edirlər.

Seçilən
50
30
metbuat.az

10Mənbələr