AZ

Azərbaycan Kubokunda final günü! – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün həlledici – final qarşılaşması keçiriləcək.

Arena.az xəbər verir ki, titul uğrunda paytaxtın iki təmsilçisi – “Zirə” və “Sabah” komandaları mübarizə aparacaqlar.

Final matçını Elçin Məsiyev idarə edəcək. 34 yaşlı FIFA referisinə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov yardım edəcəklər.

“Neftçi Arena”da keçiriləcək final qarşılaşmasına saat 20:00-da start veriləcək.

Xatırladaq ki, “Zirə” Azərbaycan Kubokunda 3-cü dəfə final görüşünə çıxacaq. Amma qəsəbə təmsilçisi əvvəlki finalların hər ikisindən məğlubiyyətlə ayrılıb. “Sabah” isə ikinci dəfə həlledici görüşdə qüvvəsini sınayacaq. Paytaxt klubu ötən il də finala yüksəlmiş və “Qarabağ”a qalib gələrək Azərbaycan Kubokunu başı üzərinə qaldırmışdı.

Azərbaycan Kuboku
Final
13 may

20:00. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə.
VAR: Tural Qurbanov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Bakı. “Neftçi Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
32
8
arena.az

10Mənbələr