AZ

“Betis” 21 il sonra yenidən ÇL-də! – ARENA.AZ

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Betis” 2026/2027-ci illər mövsümündə UEFA Çempionlar Liqasında iştirak edəcək.

Arena.az xəbər verir ki, Manuel Pelleqrininin komandası ötən gecə La Liqanın 36-cı turunda “Elçe”ni 2:1 hesabı ilə üstələyib.

Nəticədə bu kollektiv La Liqanın yarış cədvəlinin ilk beşlikdəki yerini təmin edib. İspaniya 2026/2027-ci illər mövsümündə UEFA Çempionlar Liqasında 5 klubla təmsil olunacaq. Həmin komandalardan brinin “Betis” olacağı dəqiqləşib.

Xatırladaq ki, sözügedən komanda sonuncu dəfə UEFA Çempionlar Liqasında 2005-ci ildə oynayıb. Komanda “Liverpul”, “Çelsi” və “Anderlext”lə bir qrupda yarışıb və 3-cü yeri tutub.

Pelleqrininin komandası cari mövsümdə La Liqa çərçivəsində keçirdiyi 36 oyunda 14 qələbə qazanıb, 15 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Betislilər 57 xalla 5-ci sırada qərarlaşıblar və mövsümü elə bu pillədə başa vuracaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
51
6
arena.az

10Mənbələr