AZ

Liqa 1: PSJ 14-cü çempionluğu rəsmiləşdirdi! – ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026 mövsümünün 29-ci turundan təxirə salınmış oyunlar keçirilib.

Arena.az xəbər verir ki, günün ilk oyunu “Brest”lə “Strasburq” arasında baş tutub.

Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar.

Lider PSJ isə səfərdə “Lans”la qarşılaşıb. İnamllı qələbə qazanmış Paris təmsilçisi cari mövsümün sonuna bir tur qalmış növbəti çempionluğunu təmin edib.

Bu, PSJ-nin ardıcıl 5-ci, bütövlükdə isə 14-cü Fransa çempionluğudur. Parislilər daha öncə 1985/86, 1993/94, 2012/13, 2013/14, 2014/15, 2015/16, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24 və 2024/25 mövsümlərində də qızıl medallara layiq görülüblər.

Hazırda PSJ 76 xalla vahid liderdir. “Lans” 67 xalla ikinci, “Lill” 61 xalla üçüncü pillədə qərarlaşıb.

Fransa, Liqa 1
29-cu turun oyunları
13 may

Brest – Strasburq 1:2
Qollar: Ayorke, 13 – Barko, 9. Nanasi, 20.

Lans – PSJ 0:2
Qollar: Kvaratsxeliya, 29. Mbaye, 90+3.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
11
5
arena.az

10Mənbələr