AZ

“Sabah” “qızıl dubl”a imza atdı! – ARENA.AZ

Premyer Liqanın qalibi “Sabah” Azərbaycan Kubokunu da qazanaraq 2025/2026-cı illər mövsümünü “qızıl dubl”la başa vurub.

Arena.az xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün həlledici – final qarşılaşması keçirilib.

Titul uğrunda paytaxtın iki təmsilçisi – “Zirə” və “Sabah” komandaları mübarizə aparıblar. “Neftçi Arena”da keçirilmiş final matçını Elçin Məsiyev idarə edib. 34 yaşlı FIFA referisinə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov yardım ediblər.

Xatırladaq ki, “Zirə” Azərbaycan Kubokunda 3-cü dəfə final görüşünə çıxıb. Qəsəbə təmsilçisi əvvəlki finalların hər ikisindən məğlubiyyətlə ayrılmışdı. “Sabah” isə ikinci dəfə həlledici görüşdə qüvvəsini sınayırdı. Paytaxt klubu ötən il də finala yüksəlmiş və “Qarabağ”a qalib gələrək Azərbaycan Kubokunu başı üzərinə qaldırmışdı.

Paytaxt təmsilçisi bu dəfə də oşxar uğura imza atıb. Matçda hesabı “Zirə” açsa da, sonradan iki qol vurmuş nominal meydan sahibləri əzmkar qələbə sayəsində mövsümü “qızıl dubl”la tamamlayıb.

Azərbaycan Kuboku
Final
13 may

“Sabah” – “Zirə” 2:1
Qollar: Patrik Mbina, 70. Coy Lens Mikels, 90+2 – Eren Aydın, 4.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə.
VAR: Tural Qurbanov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Bakı. “Neftçi Arena”.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
20
8
arena.az

10Mənbələr