AZ

Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Qazaxıstana səfərə yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Anadolu Ajansı məlumat yayıb.

Səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında həyata keçirilir.

Türkiyə lideri əvvəlcə Astanada Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək.

Daha sonra isə mayın 15-də Türküstan şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünə qatılacaq.

Bizim.Media

Seçilən
1
26
bizim.media

10Mənbələr