“Sevilya”nın sabiq müdafiəçisi Serxio Ramos doğma klubun əsas səhmdarlarından birinə çevrilə bilər.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalının rəhbərlik etdiyi investisiya qrupu klub səhmlərinin böyük hissəsini almağa yaxındır. Təxminən 450 milyon avro dəyərində qiymətləndirilən müqaviləyə əsasən, yeni investorların “Sevilya”ya 80-100 milyon avro sərmayə yatıracağı gözlənilir.
Vəsaitin əsasən klubun maliyyə durumunun yaxşılaşdırılması və transferlərə ayrılması planlaşdırılır.
İdarəçilik dəyişikliyi baş tutarsa, Sergio Ramosun klub prezidenti olması da mümkündür.