AZ

Səhər yeməyini ötürməyin bu fəsadları var imiş

Həkimlər səhər yeməyini buraxmağın sağlamlığa mənfi təsirləri barədə xəbərdarlıq ediblər. Metbuat.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, səhər yeməyi qəbul etməyən insanlarda gün ərzində halsızlıq, diqqət dağınıqlığı və enerji çatışmazlığı daha çox müşahidə olunur. Araşdırmalarda qeyd edilir ki, uzun müddət ac qalmaq maddələr mübadiləsinin yavaşlamasına da səbəb ola bilər. Həkimlər bildirirlər ki, protein və vitaminlə zəngin səhər yeməyi qan şəkərinin balansda qalmasına kömək edir və gün ərzində həddindən artıq qida qəbulunun qarşısını alır.

Xüsusilə yumurta, süd məhsulları, meyvə və yulaf kimi məhsulların faydalı olduğu vurğulanır. Mütəxəssislər səhər yeməyinin ürək-damar sağlamlığına da müsbət təsir göstərdiyini qeyd edirlər.

Seçilən
39
30
metbuat.az

10Mənbələr