Beynəlxalq Enerji Agentliyinin (IEA) may hesabatında bu il qlobal neft təklifinin dünya tələbatını tam qarşılamaya biləcəyi bildirilib.
Musavat.com xəbər verir ki, agentlik aprel ayında bazarda neft profisiti gözləsə də, Yaxın Şərqdəki münaqişənin nəticələri səbəbindən proqnozlara yenidən baxıb. Hazırda həm tələbin, həm də təklifin azalacağı ehtimal edilir.
Hesabatda qeyd olunur ki, Hörmüz boğazı vasitəsilə gəmi daşımalarının yalnız üçüncü rübdən etibarən mərhələli şəkildə bərpa olunacağı gözlənilir. Həmin vaxta qədər isə bazardakı qeyri-müəyyənliyin neft qiymətlərini yüksək səviyyədə saxlayacağı vurğulanır.
Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, Rusiyanın neft və neft məhsulları ixracından əldə etdiyi gəlirlər də artıb. Bildirilir ki, aprel ayında bu göstərici illik müqayisədə 6,3 milyard dollar yüksələrək 19,2 milyard dollara çatıb.
Musavat.com