AZ

Paşinyan Ermənistanı "kəsməkdən" İMTİNA ETDİ

Ajans.az xəbər verir ki, hadisə onun seçki kampaniyası çərçivəsində Gyulyakarak icmasına səfəri zamanı baş verib. Baş nazirin gəlişi münasibətilə yerli sakinlər Ermənistan ərazisinin formasında tort hazırlayıblar. Tortun rəngləri isə seçki kampaniyasında istifadə olunan narıncı və mavi tonlara uyğun olub. Görüntülər yerli media tərəfindən yayımlanıb. Paşinyan tortu kəsməkdən imtina edərək belə deyib:
"Xeyr, xeyr, çox sağ olun, nə demək istədiyinizi başa düşürəm, amma biz bu tortu kəsməyəcəyik! Xahiş edirəm ki, tortlar və ümumiyyətlə yeməli olan heç nə Ermənistan formasında hazırlanmasın." Baş nazirin bu reaksiyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Seçilən
38
50
Ajans.az

10Mənbələr