AZ

Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi olub.

"Unikal" "Yeni Sabah"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, qurumun “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli vəzifəsindən azad olunub. pizza sifarişi

Digər əmrlə o, agentliyin Layihələndirmə və texniki ekspertiza departementinin Texniki-iqtisadi əsaslandırma və texniki şərtlər şöbəsinin müdiri vəzifəsinə gətirilib. 

Xatırladaq ki, V.Nəsirli ötən ayın əvvəlində Xırdalan şəhərində yerləşən “Azəryolelmitədqiqatlayihə” İnstitutunda və onun tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.

Seçilən
6
16
unikal.az

10Mənbələr