AZ

Direktoru işdən çıxardı, yeni vəzifə verdi - Foto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru Azər Nemətli vəzifəsindən azad olunub.
BUTA.TV "Yeni Sabah"a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. Digər əmrlə o, agentliyin Layihələndirmə və texniki ekspertiza departamentinin Texniki-iqtisadi əsaslandırma və texniki şərtlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Xatırladaq ki, V.Nəsirli ötən ayın əvvəlində Xırdalan şəhərində yerləşən "Azəryolelmitədqiqatlayihə" İnstitutunda və onun tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.

Seçilən
3
16
buta.tv

10Mənbələr