AZ

Azərbaycan “Avroviziya-2026” finalına çıxa bilmədi

“Avroviziya-2026” beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində davam edir.


Yenilik.az xəbər verir ki, müsabiqənin ikinci yarımfinal mərhələsində Azərbaycanı JIVA səhnə adı ilə çıxış edən Cəmilə Həşimova təmsil edib.

Təmsilçimiz “Just Go” mahnısı ilə səhnəyə çıxaraq yarış proqramında ikinci nömrə ilə çıxış edib.

Lakin tamaşaçı səsverməsinin nəticələrinə əsasən, Cəmilə Həşimova final mərhələsinə vəsiqə qazana bilməyib.

 Qeyd edək ki, yarışmanın finalı mayın 16-da keçiriləcək.
Seçilən
20
1
yenilik.az

10Mənbələr