AZ

Bakı–Dubay reysləri bu gündən bərpa olunur

BAKI,TurkicWorld

Azərbaycan Hava Yolları (AZAL) bu gündən Dubay istiqamətində reysləri bərpa edir.

TurkicWorld bu barədə AZAL-ın rəsmi sosial media hesabında paylaşdığı açıqlamaya istinadən xəbər verir.

Paylaşımda bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.

Xatırladaq ki, AZAL fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Dubay istiqaməti üzrə uçuşları dayandırdığını açıqlamışdı.

Seçilən
5
14
turkic.world

10Mənbələr