AZ

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərovla vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəfərov Rafiq Şirvan oğlu ilə Füzuli rayonunun Qayıdış qəsəbəsində vida mərasimi keçirilib...

APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında, şəhidlər cərgəsində torpağa tapşırılacaq.

Qeyd edək ki, Rafiq Şirvan oğlu Cəfərov Birinci Qarabağ müharibəsi zamanı - 1993-cü ilin iyul ayında itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən edilib.

Poliqon.info

Seçilən
0
3
poliqon.info

10Mənbələr