AZ

Şəhid Rafiq Cəfərov Füzulidə dəfn edildi

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rafiq Şirvan oğlu Cəfərovun nəşi Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunub.

"Unikal" xəbər verir ki, əvvəlcə Əbdürrəhmanlı kəndində vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Rafiq Cəfərov hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Rafiq Cəfərov 1973-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1993-ci ildə Cuvarlı və Aşağı Əbdürrəhmanlı istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən olunub.

Seçilən
18
4
unikal.az

10Mənbələr