Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rafiq Cəfərov Füzuli rayonunun Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn edilib...
APA-nın Qarabağ bürosunun xəbərinə görə, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfn zamanı yaylım atəşi açılıb.
Qeyd edək ki, Rafiq Cəfərov 1993-cü ilin iyul ayında Birinci Qarabağ müharibəsində itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan ekspertiza nəticəsində müəyyən edilib.
Poliqon.info