AZ

Livan və İsrail arasında atəşkəs rejimi daha 45 gün uzadıldı -VİDEO

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində yazıb.

 

"ABŞ 14-15 may tarixlərində İsrail və Livan arasında iki günlük olduqca məhsuldar danışıqlara ev sahibliyi edib. 16 apreldə əldə olunan atəşkəs rejimi daha 45 gün uzadılacaq", - ABŞ sözçüsü bildirib.

 

Dövlət Departamenti 2–3 iyun tarixlərində İsrail və Livanla daha bir görüş təşkil etməyi planlaşdırır. Mayın 29-da isə Pentaqonda hər iki ölkənin nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələlərinə dair iclas keçiriləcək. Piqot danışıqların Livan və İsrail arasında uzunmüddətli sülhə gətirib çıxaracağına ümid etdiyini vurğulayıb.


Seçilən
15
4
senzor.az

10Mənbələr