BAKI, 17 may. TELEQRAF
“Azərbaycan post-münaqişə dövründə insan yönümlü şəhərin inkişafını təşviq edir”.
Teleqraf xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində deyib.
O bildirib ki, qadınlar və qızlar üçün bərabər imkanların təmin olunması əsas prioritet kimi müəyyən edilir:
“Qeyd etməliyəm ki, bu, Bakının inkişaf modelində də öz əksini tapır. Bakının böyük beynəlxalq platformalara ev sahibliyi etməsi qlobal əməkdaşlıqdakı rolunu artırır”