AZ

"Al Mayadeen": İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib

ABŞ Prezidenti Donald Trampın İrana mayın 19-da zərbə endirmə planlarından imtina etməsinin səbəbi Tehranın döyüş təyyarələrini aşkar etmə və izləmə qabiliyyətini ciddi şəkildə artırması ilə əlaqəlidir.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, Pentaqon Ağ Evə İranın hava müdafiəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı xəbərdarlıq edib. Telekanalın iddiasına görə, D. Tramp bundan sonra İrana zərbə endirmə fikrindən danışıb.

Daha əvvəl Vaşinqton Administrasiyasının rəhbəri bildirib ki, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə İrana mayın 19-da zərbə endirmə planlarından imtina edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Seçilən
77
34
far.az

10Mənbələr