AZ

Elçin Yusubov: İşğal dövründə Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığı tamamilə məhv edilib

İşğal dövründə bölgədə yerləşən mədəni və dini abidələr ciddi dağıntılara məruz qalıb. Malıbəyli məscidi qismən dağıdılıb və hazırda məsciddə bərpa işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

“Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığı isə tamamilə məhv edilərək izi silinib. Bir sözlə, vandalizm aktları milli, mənəvi və dini dəyərlərdən də yan keçməyib”, - deyə o əlavə edib.

Tədbirdə Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında həyata keçirilən bərpa, tikinti və yenidənqurma işlərinə həsr edilmiş videoçarx nümayiş olunub. Postmünaqişə dövründə şəhərsalma, tarixi-mədəni irsin qorunması və bölgədə dayanıqlı yaşayışın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verilib.

Seçilən
0
10
yeniazerbaycan.com

10Mənbələr