AZ

Putin Çin sədri ilə görüşdü

Çində səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Pekində Si Cinpinlə görüşüb. 

Rəsmi qarşılanma mərasimindən sonra danışıqlara başlayıblar.

Putin xarici təzyiqlərə baxmayaraq, Moskva ilə Pekin arasındakı iqtisadi və siyasi əlaqələr inkişafını, Si Cinpin isə Çin və Rusiya arasında “sarsılmaz strateji tərəfdaşlıq” olduğunu vurğulayıb.

Görüş 

Danışıqlarda Yaxın Şərqdəki vəziyyət, Ukrayna müharibəsi və enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğu bildirilir. Si Cinpin Yaxın Şərqdə atəşkəsin vacibliyini vurğulayaraq münaqişələrin genişlənməsinin arzuolunmaz olduğunu qeyd edib.

Səfər çərçivəsində iqtisadiyyat, enerji, təhsil və turizm sahələrini əhatə edən təxminən 40 əməkdaşlıq sənədinin imzalanması gözlənilir.

Görüş Donald Trampın Çinə son səfərindən bir neçə gün sonra baş tutub və beynəlxalq siyasi gündəmdə diqqətlə izlənilir.

Seçilən
21
1
herbiand.az

10Mənbələr