AZ

Azərbaycan minifutbol yığmasının üzvü Elvin Əlizadə Avropa çempionatından əvvəl zədəsini sağaldıb

Minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatından əvvəl zədəsini sağaldıb.

Bu barədə "Report"a komandanın baş məşqçisi Elşad Quliyev açıqlamasında bildirib.

Mütəxəssis yarımmüdafiəçinin zədəsinin yeni sağaldığını söyləyib:

"Heyətdə başqa zədəli futbolçu yoxdur. Elvini formaya salsaq, bu turnirdə oynatmaq fikrimiz var. Komandanın yekun heyəti təxminən iki günə tam açıqlanacaq".

E.Quliyev Avropa çempionatındakı hədəflərinə də toxunub:

"İlk növbədə məqsədimiz qrupdan çıxmaqdır. Bunu etdikdən sonra çempionluq üçün oynayacağıq".

Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.

Seçilən
38
10
far.az

10Mənbələr