AZ

Azərbaycan Premyer Liqası: Sabah Turan Tovuz la, Qarabağ Sumqayıt la qarşılaşacaq

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Qarabağ" və "Sabah" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyunlarını bu gün keçirəcəklər.

BAKU.WS xəbər verir ki, ilk olaraq ölkə çempionu "Sabah" "Turan Tovuz"la qarşılaşacaq.

Qarşılaşma "Bank Respublika Arena"da, saat 17:00-da start götürəcək. Masazır təmsilçisi 75 xalla birinci, bölgə klubu 59 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da başlayacaq. "Köhlən atlar" 66 xalla ikinci, "kimyaçılar" 41 xalla yeddincidir.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
9
baku.ws

10Mənbələr