Bakı, 25 may, AZƏRTAC
Premyer Liqada çıxış etmək uğrunda pley-off matçının təyinatları açıqlanıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, həlledici görüşü Tural Qurbanov idarə edəcək. Ona Cəmil Quliyev, Asiman Əzizli və İnqilab Məmmədov kömək edəcəklər.
VAR-da Rəvan Həmzəzadə, köməkçisi isə Teymur Teymurov olacaq.
Mayın 28-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da reallaşacaq qarşılaşma saat 18:30-da başlayacaq.