AZ

İran zənginləşdirilmiş uranı ölkədən çıxarmağa hazır olması barədə xəbərləri təkzib edib

Tehran iddiaları “psixoloji əməliyyat” adlandırıb və nüvə öhdəliklərini rədd edib...

Poliqon xəbər verir ki, Tasnim Agentliyi İranın zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına hazır olması ilə bağlı yayılan məlumatları təkzib edib və həmin xəbərləri “əsassız” adlandırıb.

Agentliyin yaydığı açıqlamada qeyd olunur ki, bəzi Səudiyyə Ərəbistanı mediasında yayılan bu tip xəbərlər, eləcə də danışıqların detalları ilə bağlı digər iddialar “ABŞ-ın psixoloji əməliyyatının bir hissəsi” kimi qiymətləndirilir.

İran tərəfi həmçinin vurğulayıb ki, ABŞ ilə gözlənilən mümkün razılaşma çərçivəsində nüvə proqramı üzrə heç bir öhdəlik götürülməyib və bu istiqamətdə yayılan iddialar həqiqəti əks etdirmir.

Xatırladaq ki, daha əvvəl Səudiyyə mediasına istinadən Al Hadath İranın yüksək zənginləşdirilmiş uranı ölkədən çıxararaq Çinə təhvil verməyə hazır olduğunu bildirmişdi. Tasnim isə bu məlumatı qəti şəkildə rədd edərək onu informasiya müharibəsinin tərkib hissəsi kimi dəyərləndirib.

Hazırda tərəflərin rəsmi danışıqları ilə bağlı yekun və təsdiqlənmiş detallar açıqlanmayıb.

Poliqon.info

Seçilən
30
48
poliqon.info

10Mənbələr