AZ

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün mübarizəyə başlayır

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

"Far.Az"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda ilk oyununda Avstriya yığması ilə üz-üzə gələcək.

"Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, mayın 30-da Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

Seçilən
66
2
far.az

8Mənbələr