AZ

Paşinyan: Ermənistan ordusunun transformasiyası sürətlə davam edir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistan Silahlı Qüvvələrinin transformasiyası sürətli templərlə davam edir və bu prosesdə hərbçilər üçün sosial təminat sistemi mühüm rol oynayır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Pashinyan Respublika Günü münasibətilə mayın 28-də keçirilən hərbi paradda çıxışı zamanı bildirib.

Paşinyan orduda aparılan islahatlar çərçivəsində könüllü attestasiya prosesini və “Vətənin Müdafiəçisi” proqramını xüsusi qeyd edib. Onun sözlərinə görə, hərbi paradda yüksək döyüş hazırlığını sübut etmiş hərbçilər və peşəkar orduya keçiddə mühüm rol oynayan proqram iştirakçıları da yer alıblar.

Baş nazir bildirib ki, hazırda Ermənistanda aylıq 700 min dram (3,2 min manat) maaş alan sıravi hərbçilər var və könüllü xidmətə cəlbetmə hesabına maaş artımı davam etdiriləcək.

Paşinyanın sözlərinə görə, “Vətənin Müdafiəçisi” proqramı çərçivəsində beşillik müqavilə müddətini başa vuran hərbçilərə əlavə olaraq 5 milyon dram (23 min manat) mükafat veriləcək.

O, həmçinin qeyd edib ki, hazırda təhsil dövründə 175 min drama (800 manat) qədər təqaüd alan Vazgen Sarqsyan adına Hərbi Akademiyanın kursantları məzun olub zabit rütbəsi aldıqdan sonra hökumət tərəfindən mənzil almaq üçün sertifikatlarla təmin ediləcəklər.

Baş nazir əlavə edib ki, bununla da 2000-ci illərin əvvəllərindən həll olunmamış qalan zabitlərin mənzil problemi köklü şəkildə aradan qaldırılacaq. Hökumət yaxın dörd il ərzində Müdafiə Nazirliyinin mənzil növbəsində olan təxminən 2850 ailənin mənzil problemini həll etməyi planlaşdırır.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
35
icma.az

10Mənbələr