AZ

Qarabağın inkişafı Prezidentin daimi diqqətindədir

28 May – Müstəqillik Günündə Prezidentin Qarabağa səfəri həm siyasi, həm də tarixi baxımdan xüsusi rəmzi məna daşıyır.

Prezident İlham Əliyevin məhz bu əlamətdar gündə Qarabağa səfər etməsi Azərbaycanın dövlət müstəqilliyi ilə ərazi bütövlüyünün artıq ayrılmaz şəkildə birləşdiyini göstərən mühüm mesaj kimi qiymətləndirilir.

Uzun illər işğal altında qalan torpaqlarda bu gün Azərbaycan bayrağının dalğalanması və genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması ölkənin yeni mərhələyə keçdiyini nümayiş etdirir.

Səfər çərçivəsində regionda həyata keçirilən infrastruktur layihələri, yeni yaşayış məntəqələri, sosial obyektlər və davam edən yenidənqurma prosesləri ilə tanışlıq da diqqət mərkəzində olub.

Qarabağda həyatın mərhələli şəkildə bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və bölgənin iqtisadi-sosial inkişafı bu səfərin əsas mesajları sırasında yer alıb.

28 May – Müstəqillik Günündə Qarabağdan verilən görüntülər isə Azərbaycanın həm tarixi yaddaşı, həm də gələcək hədəfləri baxımından simvolik əhəmiyyət daşıyıb.

Maraqlıdır, Prezidentin bu səfəri daha çox nə ilə yadda qaldı?

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, cənab Prezidentin Qarabağa növbəti səfəri işğaldan azad olmuş ərazilərimizdə həyata keçirilən quruculuq işlərinə dövlət başçımızın xüsusi diqqətini bir daha təsdiq etdi:

“Qarabağda həm iqtisadiyyatın formalaşması, həm də məskunlaşma prossesi sürətlə davam edir. Artıq 85 mindən artıq vətəndaşımız işğaldan azad olmuş ərazilərdə məskunlaşıb, işlə təmin olunub və təhsil alır.

Qısa zamanda çox saylı vətəndaşımızın ata-baba yurdlarına qayıtması da ondan xəbər verir ki, işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma işləri kifayət qədər sürətlə həyata keçirilir.

Bu prosses dövlət başçısının daim diqqətindədir. Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən indiyədək 25 milyarddan artıq vəsait xərclənib və bu il bu istiqamətdə 3.5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur”.

Deputat qeyd edib ki, bütün bunlar ondan xəbər verir ki, Azərbaycan öz daxili maliyyə mənbələri hesabına Qarabağı bərpa edir.

Seçilən
8
34
cebheinfo.az

10Mənbələr