AZ

Merz dövlət aparatını azaltmaq istəyirdi, lakin xərclər artmağa davam edir

ain.az, Bizimyol saytına istinadən bildirir.

Almaniya hökuməti 2026-cı ildə öz müxtəlif sahələr üzrə səlahiyyətli nümayəndə və koordinasiya qurumlarının fəaliyyəti və personalı üçün təxminən 89 milyon avro xərcləməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Focus Online" hökumətin “Yaşıllar” partiyasının sorğusuna cavabına istinadən məlumat yayıb.

Müqayisə üçün, 2024-cü ildə, əvvəlki kansler Olaf Şoltsun rəhbərlik etdiyi hökumət dövründə bu xərclər təxminən 69 milyon avro təşkil edirdi.

Kansler Fridrix Merz 2024-cü ilin oktyabrında seçki kampaniyası zamanı dövlət aparatının kiçildiləcəyini və ümumilikdə hökumət “səlahiyyətliləri institutunun” ləğv edilə biləcəyini bildirmişdi. O, həmin vaxt Xristian Sosial İttifaqının qurultayında “dövlət aparatı ixtisar edilməlidir” demişdi və Berlində bürokratiyanın şişirdildiyini, bu vəzifələrin isə “çox vaxt faydadan çox problem yaratdığını” vurğulamışdı.

Xristian Demokrat İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyasının koalisiya razılaşmasına əsasən, səlahiyyətli nümayəndələrin sayının yarıbayarı azaldılması nəzərdə tutulur.

Hazırda belə vəzifələrin sayı 24-dür, halbuki 2024-cü ilin əvvəlində Olaf Şolts hökuməti dövründə bu rəqəm 43 idi. Beləliklə, say təxminən iki dəfə azaldılsa da, ümumi xərclər təxminən üçdə bir qədər artıb.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
35
icma.az

10Mənbələr