AZ

Yevlaxda ara qarışdı, futbolçular azarkeşlərə hücum etdi – VİDEO 

Azərbaycan II Liqasına vəsiqə üçün baş tutan “Ağstafa Gəncləri” – “Biləsuvar” pley-off matçında dava düşüb.

İdmanxeber.az-ın oyunun keçirildiyi Yevlax şəhərinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hadisə matçdan sonra baş verib. Görüşdən 0:3 hesabı ilə məğlub ayrılan Biləsuvar təmsilçisinin futbolçuları azarkeşlərin üzərinə hücum edib.

Tərəflər arasında baş verən qarşıdurma polislərin müdaxiləsindən sonra sakitləşib.

Matçda 3:0 hesabı ilə qələbə qazanan “Ağstafa Gəncləri” növbəti mövsüm də II Liqada oynamağa vəsiqə qazanıb.

Seçilən
52
idmanxeber.az

1Mənbələr