Fransanın “Nitsa” komandası Liqa 1-ə vəsiqə uğrunda “Sent Etyen”ə qarşı keçirdiyi oyundan qalib ayrılaraq elitadakı yerini qoruyub.
Arena.az xəbər verir ki, bu komandaların bir neçə gün öncə “Sent Etyen”in meydanında baş tutmuş ilk görüşündə qalib müəyyənləşməmişdi.
Ötən gecə keçirilmiş cavab görüşündə isə nitsalılar doğma meydanda 4:1 hesablı qələbəyə seviniblər. Qalib komandanın heyətində Conatan Klauss (62), Kail Budaşe (81) və dubla imza atmış Elye Vahi (87, 90+2) fərqləniblər. “Sent Etyen”in heyətində isə yeganə qolu 79-cu dəqiqədə penaltidən dəqiq istifadə etmiş Zuriko Davitaşvili vurub.
Beləliklə, “Nitsa” Liqa 1-də qalıb. “Sent Etyen” isə növbəti mövsümdə də Liqa 2-də mübarizə aparacaq.
Xatırladaq ki, “Nitsa” isə 34 oyuna topladığı 32 xalla Liqa 1-də 16-cı yeri tutmuş və Liqa 2-dən gələcək 3-cü komanda ilə pley-off oynamaq məcburiyyətində qalmışdı. 23 xalla 17-ci olan “Nant”la 17 xallı “Mets” isə birbaşa Liqa 2-yə düşmüşdülər. Bu iki komandanı gələn mövsüm elitada Liqa 2-nin çempionu olmuş “Trua” və gümüş mükafatçısı “Le Man” əvəz edəcəklər. “Sent Etyen” isə 60 xalla 3-cü olmuşdu.
