AZ

Leon Qoretska “Bayern”dən getdi – ARENA.AZ

Futbol üzrə Almaniya yığmasının 31 yaşlı mərkəz yarımmüdafiəçisi Leon Qoretska 8 ildir formasını geyindiyi “Bayern”dən ayrılıb.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Təcrübəli futbolçu Münhen klubundan azad agent qismində ayrılıb. “Bayern”in mətbuat xidməti futbolçuya müraciətində bunları qeyd edib:

“Leon, sənin yolun bizim tariximizin həmişə bir parçası olaraq qalacaq”, – Almaniya nəhənginin Qoretskaya ismarışında deyilir.

Xatırladaq ki, Leon Qoretska “Bayern”ə 2018-ci ilin iyul ayında “Şalke”dən azad agent qismində keçib. Yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

Qoretskanın “Bayern” karyerası bütövlükdə 312 oyun, 51 qol və 53 məhsuldar ötürmədən ibarətdir.

Almaniyalı futbolçu “Bayern”dən öncə “Şalke” və “Boxum” klublarının da uğurları üçün çalışıb.

Qoretska 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 66 oyun keçirib, 15 qol vurub, 12 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı Leon Qoretskanı 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
96
6
arena.az

10Mənbələr