Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxacaq.
Publika.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda F qrupunundakı üçüncü matçında Fransa ilə üz-üzə gələcək. “Tipos Arena”da təşkil olunacaq qarşılaşma saat 15:15-də start götürəcək.
Bu görüş qrup liderliyi baxımından önəmli olacaq.