AZ

Yevlaxa toya gedənlər qəzaya düşdü — Yaralılar var (FOTO)

Bu gün səhər saatlarında Tərtərdən Yevlaxa toya gedən bir ailə qəzaya düşüb.

Bizim.Media-nın Mərkəzi Aran bürosunun verdiyi məlumata görə, hadisə Yevlax rayonunun Bakı-Qazax magistralının Yevlaxdan keçən hissəsindəki dairəvi yolda baş verib.

Belə ki, Bərdə istiqamətindən hərəkət edən "VAZ-21099" markalı avtomobil "DAF" markalı "KamAZ"la toqquşub.

Qəza nəticəsində "VAZ-21099" markalı avtomobildəki sərnişinlərdən biri Fitat Kərimova yaralanıb.

O, dərhal Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.



Demokrat.az
Seçilən
29
1
demokrat.az

10Mənbələr