AZ

Azərbaycan və Özbəkistan energetika nazirlərinin görüşü olub

“Bakı Enerji Forumu” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov arasında görüş keçirilib.
Bu barədə Yenicag.az-a Nazirlikdən bildirilib.
Görüşdə enerji əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib. Neft və neft- kimya məhsullarının təchizatı üzrə dinamika müsbət qiymətləndirilib. Bu məhsulların ticarəti üzrə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin Üstyurt geoloji kəşfiyyat layihəsinin icrası müzakirə edilib.
Görüşdə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə bağlı da fikir mübadiləsi aparılıb.
Seçilən
27
6
yenicag.az

7Mənbələr