Azərbaycan və Özbəkistan arasında neft və neft-kimya məhsullarının ticarəti üzrə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin Üstyurt geoloji kəşfiyyat layihəsinin icrası müzakirə edilib.
Bu barədə "Report" Energetika Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, bu müzakirələr "Bakı Enerji Forumu" çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov arasında keçirilən görüşdə aparılıb.
Görüşdə enerji əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib. Neft və neft- kimya məhsullarının təchizatı üzrə dinamika müsbət qiymətləndirilib.
Görüşdə "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" ilə bağlı da fikir mübadiləsi aparılıb.